“Robot “Sofiya”nın Azərbaycana gətirilməsi qarşılıqlı tərəfdaşlıq çərçivəsində baş tutub”
Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.
O qeyd edib ki, robotun ölkəmizə gətirilməsi üçün hər hansı vəsait xərclənməyib:
“Hazırda danışıqlar aparılır ki, gələcəkdə robot “Sofiya” iştirak edəcəyi beynəlxalq tədbirlərdə və görüşlərdə “ASAN-xidmət” modelinin təbliği ilə məşğul olsun”.
E.Niftəliyevin sözlərinə görə, “Sofiya” 2 gün müddətində “ASAN-xidmət”in qonağıdır.(modern.az)
MilliYol.Az
Digər xəbərlər
loading...