Azərbaycanın 2019-cu ilin dövlət büdcəsi layihəsində beynəlxalq fəaliyyət, beynəlxalq təşkilatlara üzvlükhaqqı və digər beynəlxalq fəaliyyətlə bağlı xərclər məlum olub
Layihədə 2019-cu ildə beynəlxalq fəaliyyət, beynəlxalq təşkilatlara üzvlükhaqqı xərcləri dövlət büdcəsinin 0,7 faizi həcmində və ya 185,7 milyon manat vəsait nəzərdə tutulub.
Beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərclərinin 23 milyon manatı beynəlxalq maliyyə-kredit təşkilatlarına üzvlükhaqqı, 24 milyon manatı beynəlxalq ictimai-siyasi təşkilatlara üzvlükhaqqı, 115 milyon manatı Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları, 3.7 milyon manatı xaricdə ticarət nümayəndəliyinin saxlanması, 20 milyon manatı digər beynəlxalq fəaliyyətlə bağlı xərclərə yönəlib.
Bundan başqa 2019-cu ildə beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər üçün 75 milyon manat vəsait proqnozlaşdırılır.(Trend)
MilliYol.Az