Gələn ilin dövlət büdcəsindən Milli Televiziya və Radio Şurasına (MTRŞ) ayrılacaq vəsait artırılır
MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, 2019-cu ilin büdcəsindən şuraya 9 milyon 280 min 21 manatın ayrılması planlaşdırılır.
Bu məbləğ 2018-ci ildəki vəsaitdən 125 min 099 manat çoxdur.
Qeyd edək ki, büdcə zərfi gələn ay Milli Məclisin komitə iclaslarında müzakirəyə çıxarılacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...