Ermənistan parlamentinin “Yelk” fraksiyası ölkə hökumətinin başçısı postuna baş nazirin vəzifələrini icra edən Nikol Paşinyanın namizədliyinin irəli sürülməsi barədə qərar verib
Ermənistan parlamentinin “Yelk” fraksiyası ölkə hökumətinin başçısı postuna baş nazirin vəzifələrini icra edən Nikol Paşinyanın namizədliyinin irəli sürülməsi barədə qərar verib.
Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə fraksiyanın katibi Gevorq Qorqisyan məlumat verib.
“Biz mütəxəssislərlə hüquqi nüansları öyrəndik və Paşinyanın baş nazir postuna namizədliyini irəli sürməyə qərar verdik”, - deyən Qorqisyan əlavə edib ki, baş nazirin seçkiləri üzrə iclas çərşənbə günü keçiriləcək, lakin “Yelk” fraksiyasından olan deputatlar iclasda iştirak etmək niyyətində deyillər.
“Addımımız texniki xarakter daşıyır”, - deputat qeyd edib.
Daha öncə parlament fraksiyaları baş nazir postuna namizəd irəli sürməyəcəklərini bildirmişdilər.
MilliYol.Az