“Həyatımda sevgi yoxdur, olsa deyərdim. Elə dəbdən salıblar ki, sevgi sözü yoxdur. İndiki zəmanədə hər kəs istəyir ki, qısa müddətli münasibət yaşasın. Ailələr qurulur, dağılır. Bu da yaxşı deyil”
MilliYol.Az Axşam.az-a istinadən məlumatına görə, bu sözləri müğənni Nura Suri ARB TV-nin “Səhər-səhər” verilişində deyib. İfaçı həyatında heç kimin olmadığını bildirib:
“İstəyirəm insanlar anlasın ki, dünyanı yalnız sevgi xilas edə bilər. Bu yalnız kişiyə olan hissiyat deyil. İnsanların qəlbində sevgi varsa, təbiətin də, insanların da qayğısına qalacaq.
Sevgini dəbə salaq ki, mən də kiməsə etibar edib sevim. Tam səmimi deyirəm ki, həyatımda heç kim yoxdur. Nə mən sevirəm, nə də məni sevən var".
MilliYol.Az
Digər xəbərlər
loading...