“Camal Xaşuqci vəhşi bir cinayətə qurban gedib”
Strateq.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Ərdoğan deyib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistan bu cinayəti etiraf edərək, lazımlı addımı atıb: “Düzdür, bu cinayət Səudiyyənin Baş konsulluğunda baş verib. Baş Konsulluq o ölkənin ərazisi sayılsa da, unudulmamalıdır ki, hadisə Türkiyə dövlətinin sərhədləri daxilindədir. Ona görə də, biz bu cinayəti sonadək araşdıracağıq və bütün lazımlı addımları atacağıq. Kimsə diplomatik toxunulmazlıq pərdəsi ilə bu cinayətdən yaxasını qurtara bilməz”.
Ərdoğan Türkiyəyə göndərilən 15 nəfər heyət, Xaşuqcinin cəsədinin harada olması və digər qaranlıq qalan məsələlərlə bağlı Ər-Riyada sərt suallar ünvanlayıb: “O 15 nəfərlik dəstə Türkiyəyə kim tərəfindən, hansı məqsədlə göndərilb? Niyə bu vəhşi cinayəti 3-5 nəfərin üstünə yıxıb, əsas günahkarları aradan çıxarmaq istəyirlər? Bunlar hamısı üzə çıxmalıdır. Xaşuqcinin cəsədi hardadır? Harada gizlədilib? Və yaxud Səudiyyəli yetkili “Xaşuqcinin cəsədi xalçaya bükülüb, yerli adama təhvil verildi” deyəndə, kimi nəzərdə tutub? Bu, yerli adam kimdir?
Biz bunların da aydınlığa çıxarılmasını istəyirik, bunu üzə çıxaracağıq da”.
MilliYol.Az