Nobel ədəbiyyat komissiyası bu ilin qalibini açıqlayıb. Nobel ədəbiyyat mükafatının sahibi Amerikan rok musiqiçi Bob Dilan olub. Bu mükafatın Bob Dilana verilməsi dünya ictimayəti tərəfindən bir mənalı qarşılanmayıb.
Qaynarinfo.Az Nobel mükafatı və onun qalibi haqqında mədəniyyət nümayəndələri arasında sorğu keçirib.
Yazıçı Mirmehdi Ağaoğlu bildirib ki Nobel qalibinin adı açıqlananda bu ilk baxışdan absurd göründü: "Amma sonradan araşdırdım və qənaətim bir qədər dəyişdi. Bob Dilan dünyada rok ifaçısı kimi tanınır və bu sahədə yaşıyan ən böyül sənətkar hesab olunur. Bob Dilana bu mükafat musiqiçi olduğuna görə deyil, ədəbiyyatçı olduğuna görə verilib. Bob Dilan ənənəvi Amerika musiqisinə rok elementləri daxil edərək ona mahnı mətinləri yazıb. 1960-cı illərdən başlıyaraq Bob Dilanın yazdığı mahnı mətinləri milyonlarla kütləyə təsir edib. Onların ayağa qalxmasına, öz dünya görüşünü, mövqeyini ortaya qoymasında əsas rol oynayıb. Nəzərə alaq ki, o dövrlərdə dünyadakı soyuq müharibə, insan haqları mövzusunda Dilanın səsi əsas qoruyucu qüvvə idi. Onun sülh, barış üçün yazdığı mahnı mətinləri çox önəm daşıyır".
Mirmehdi Ağaoğlu qeyd edib ki, biz adətən qəlblərlə düşünürük:"Azərbaycanda bir şair, hekayə, roman yazanda onu yazıçı kimi qəbul etmək istəmirik. Ona elə şair damğası vururuq. Bir romançı uzun müddətdən sonra şeir yazanda ona şair demək istəmirik. Biz insanları qəlblərdə saxlayırıq. Amma Nobelçilər belə düşünmür. Onlar mahnı mətni yazanlara da diqqət edirlər. Bob Dilan yaxşı musiqiçi olsa da, onun yazdığı mahnı mətinlərini ədəbiyyata gətirib onun yazılarına dəyər verirlər. Nə yaxşı ki, nobel komisiyyası bunu da genişləndirir. 1953-cü ildə ədəbiyyat sahəsində Nobel mükafatı Böyük Biritaniyanın baş naziri Uinston Çörçilə verildi. Təbii ki, bu sahədə yazanları da nəzərə alıblar. Həmin vaxtı da ədəbiyyatdan kənar adamı götürüb Nobel vermişdilər. İndi biz deyirik ki, Milan Kundera, Haruki Murakami niyə mükafat vermirlər, Bob Dilana verirlər?. Burda söhbət "İmam özü kimi istiyər" məsələsidir. Nobelçilər özləri bilir ki, kimin adı bu mükafatla yanaşı çəkilməlidir və ya kimin adı olmalıdır".
Bəstəkar Firudin Allahverdi Nobel komissiyasının etdiyi bu reformasiyanı dəstəkləmək lazım olduğunu bildirib: "Ədəbiyyat müttəxəsisi olmadığımdan və son dövrlər yazçıları yaxşı oxumadığımdan bu gün Nobelə kimin daha çox layiq olduğunu dəqiq deyə bilmərəm. Amma bu mükafatın adı ədəbiyyat mükafatıdırsa, sözə verilən qiymətdirsə, mahnı janrında yazan adamın da yaradıcılığının 50 faizi sözdən, ədəbiyyatdan ibarətdir. Xüsusilədə Bob Dilan kimi özü yazıb, özü oxuyan sənəntkar layiqdir. Əvvəllər sovet dövründə də özü yazıb, özü oxuyan Vladimir Vsotski vardı.
Bəstəkarın fikrincə, Bob Dilanın yazdığı sözlər 50 ildən çoxdur ki, Amerika kimi böyük ölkənin mədəniyyətinin dəyişməsində çox böyük rolu olub: "Xüsusilə, 1960-cı illər gənclər hərakatından başlayaraq, onun əsərləri böyük rəğbətlə qarşılanıb. Onun sözləri "çiçəyimsən", böcəyimsən" deyildi. Onu sözləri sosial məsələrə, siyasətə, müharibəyə, mədəniyyətə həsr olunmuşdu. Buna görədə mükafat normal qarşılanmalıdır. Ədəbiyyatdırsa şərt deyil ki, kitab yazasan. Bəzən bir mahnının sözlərində, şeirdə, bir romandan daha böyük məna, informasiya tapmaq olar. Ona görə də təccüblənmək lazım deyil. Nobel mükafatının etdiyi bu reformasiyanı dəstəkləmək lazımdır. Bu daha da maraqlı oldu. Həm özləri üçün, həm də başqaları üçün yenilik etdilər".
Rəssam, yazıçı Fərhad Yalquzaq - "Bir rok musiqiçisinin ədəbiyyat üzrə Nobel mükafatına layiq görülməsi mənə aydın deyil. Əslində mən o namizədlərin arasında Murakamini layiq görürdüm. Düşünürəm ki, Murakaminin əziyyətini layiqincə qiymətləndirmədilər. Bu mükafata o layiq idi. Bob Dilanın ola bilər müəyyən qədər ədəbiyyata aidiyyatı olsun. Amma Murakami qədər aidiyyatı olduğunu düşünmürəm".
MilliYol.Az
Digər xəbərlər
loading...