Ermənistan parlamentinin Seçki Məcəlləsinə dəyişiklikləri təsdiqləməkdən imtina etməsi sabotajdır
“Facebook”da canlı yayımda çıxışında Ermənistanın baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan belə deyib.
“Ölkə parlamentində səsvermə bir daha göstərdi ki, ölkənin qanunvericilik orqanının növbədənkənar seçkilərinə alternativ yoxdur. Parlament çoxluğu və onun tərəfdarları sabotaj siyasətinin davam etdirilməsi üçün əllərindən gələni edirlər. Lakin bu o demək deyil ki, parlament seçkiləri dekabrda keçirilməyəcək”, - Ermənistan hökumətinin başçısı qeyd edib.
Bununla da Paşinyan Ermənistan parlamentinin Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında qanun layihəsini qəbul edə bilməməsinə münasibət bildirib. Qanun layihələri zərfinin qəbul edilməsi üçün 63 səs tələb olunurdu ki, bunu da toplamaq mümkün olmayıb.(Virtualaz.org)
MilliYol.Az