İspaniya sənaye, ticarət və turizm naziri Reyes Marotanun proqnozlarına görə, 2018-ci ildə İspaniyaya gələn xarici turistlərin sayı 81,2 milyon nəfərə çatacaq
Digər tərəfdən hökumət nümayəndələrinin hesablamalarına görə, ölkəyə gələn əcnəbi turistlərin ümumi xərcləri 89,4 milyard avro təşkil edəcək.
Nazirliyin qeyd etdiyinə görə, bu proqnozlar İspaniyaya “turist axınının normallaşmasının və sabitləşməsinin” göstəricisidir.
Dövlət qurumu əlavə edib ki, xaricdə Katatoniyanın imicinin yaxşılaşması üzərində iş aparılır. Xatırladılıb ki, ümumilikdə ölkəyə gələn turistlərin 23,4 faizi məhz bu bölgənin payına düşür.(azərtac)
MilliYol.Az
Digər xəbərlər
loading...