Azərbaycan Hesablama Palatasının üzvlərinin sayının azaldılması təklif olunur
Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik edilir.
Nizamnamənin 44-cü (Milli Məclisin Hesablama Palatası) maddəsinə əsasən, Hesablama Palatası sədrdən, sədr müavinindən və 7 auditordan ibarətdir. Dəyişikliklə isə auditorlarının sayının 7-dən 5-ə endirilməsi təklif olunur.
Dəyişikliklə Hesablama Palatası sədri, sədr müavini və auditorları dövlət idarəçiliyi, dövlət nəzarəti, iqtisadiyyat, maliyyə sahələrində 5 il iş təcrübəsinə malik olan ali təhsilli şəxslərdən ibarət olacaq. Hazırki qanunvericilikdə iş təcrübəsi müddəti nəzərdə tutulmur.
Qeyd edək ki, qanunvericiliyə edilən digər dəyişikliklə Milli Məclisin İntizam komissiyasının üzvlərinin sayı artırılır.(Report)
MilliYol.Az