ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronla Səudiyyə Ərəbistanının Türkiyədəki Baş konsulluğunda qətlə yetirilən səudiyyəli müxalif jurnalist Camal Xaşoginin məsələsini müzakirə edib
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Fransa Prezidenti Administrasiyasının yaydığı bəyanatda belə deyilir.
Qeyd olunur ki, Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi ərəfəsində Parisdə keçirəcəkləri görüşdən öncə Makronla Tramp arasında telefon söhbəti olub. Tərəflər Suriyadakı vəziyyəti, həmçinin, səudiyyəli jurnalist Camal Xaşoginin faciəvi ölümünü müzakirə ediblər. Liderlər jurnalistin qətlinə gətirib çıxaran şərtlərdən narahat olduqlarını ifadə ediblər.
MilliYol.Az
Digər xəbərlər
loading...