Yasamal rayon məhkəməsinin hakimi istefa verib.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Aytən Mirzəzadə bir müddət əvvəl Məhkəmə Hüquq Şurasına ərizə verərək səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini istəyib.
MHŞ-nin növbəti iclasında xanım hakimin ərizəsinə baxılacaq. Məlumata görə, A.Mirzəzadə bundan sonra vəkil kimi fəaliyyətini davam etdirəcək.
Qaynarinfo-nun məlumatına görə, A.Mirzəzadənin çıxardığı məhkəmə qərarları ilə bağlı vətəndaşlar tərəfindən dəfələrlə narazılıqlar olub.
Digər xəbərlər
loading...