Telefon söhbəti zamanı prezidentlər jurnalist ilə bağlı hadisəyə aydınlıq gətirilməsinin zəruri olması fikri ilə razılaşıblar
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Donald Tramp öldürülən müxalifətçi jurnalist Camal Qaşıqçı işini müzakirə ediblər.
“Report” xəbər verir ki, hər iki ölkə başçısı telefon söhbəti zamanı jurnalist ilə bağlı hadisəyə aydınlıq gətirilməsinin zəruri olması fikri ilə razılaşıblar.
Həmçinin qeyd olunur ki, Ərdoğan və Tramp amerikalı keşiş Endryu Bransonun azad olunması məsələsinə də toxunublar.
Söhbət zamanı Suriyanın İdlib əyaləti ilə bağlı razılaşma və Menbiç üzrə yol xəritəsinin reallaşdırılmasının vacibliyi vurğulanıb.
Bundan əvvəl Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının qətlə yetirildiyi məlum olub.
MilliYol.Az