Türkiyənin Ədalət və İnkişaf partiyası sədrinin müavini Numan Kurtulmuş səudiyyəli jurnalist Camal Xaşoginin (Camal Kaşıkçı) Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda yoxa çıxması ilə əlaqədar aparılan araşdırmanı şərh edib
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Kurtulmuş Türkiyənin heç zaman Camal Xaşoginin qətlində müqəssirləri və sübutları gizlətməyəcəyini bəyan edib: “Səudiyyə Ərəbistanı administrasiyası, günahı sübut olunacağı təqdirdə, yaxasını kənara çəkə bilməyəcək”.
Kurtulmuşun sözlərinə görə, Türkiyə hökuməti Xaşoginin qətlinin sübutlarını bütün dünyaya təqdim edəcək. O bildirib ki, istintaq artıq başa çatmaq üzrədir.
pia.az
Digər xəbərlər
loading...