Türkiyə Patent İnstitutu 15 iyul çevriliş cəhdindən əvvəl "Darbe" sözünün patenti üçün müraciət edən “Kurtlar vadisi” serialını çəkən "Pana Film" haqqında prokurorluğa şikayət edib. Lent.az-ın odatv.com-a istinadən xəbərinə görə, prokurorluq cinayət işini qəbul edib iddia ilə bağlı araşdırma başlayıb.
Pana Film”dən verilən açıqlamada həmin ad altında istehsal ediləcək serialda Türkiyədəki hərbi çevrilişlərdən bəhs ediləcəkdi. Lakin institutun rəhbəri professor Habip Asan prokurorluğa göndərdiyi yazılı müraciətdə “Pana Film”in hələ 24 mayda patent üçün müraciət etdiyini və şirkətin FETÖ ilə əlaqəli ola biləcəyini qeyd edib. O, film mövzusunun cinayəti dəstəkləmə xarakterli ola biləcəyindən şübhələndiyini əlavə dib.
Qeyd edək ki, “Pana Film” “Kurtlar vadisi” adı keçməklə ümumilikdə 208 domen alıb. Həmin domenlər arasında “Kurtlat vadisi darbe” də var.
MilliYol.Az
Digər xəbərlər
loading...