Hazırda Rusiya "Rostov"unda çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev Moskva "Spartak"ına qayıda bilər
"Qırmızı-ağlar" sabiq oyunçusunu yenidən heyətinə qatmaq niyyətindədir.
Paytaxt təmsilçisi 22 yaşlı yarımmüdafiəçinin keçidi üçün 1 milyon avro ödəməyə hazırdır. Klub onu son zamanlar qalmaqalları ilə gündəmə gələn Denis Qluşakovun əvəzləyicisi kimi görür.
Qeyd edək ki, Ayaz Quliyev bu ilin mayında məhz "Spartak"dan "Rostov"a keçib. Quliyev həmçinin 21 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının da formasını geyinib. Hazırda onun Azərbaycanın əsas yığmasına cəlb olunması gündəmdədir.(virtualaz.org)
MilliYol.Az
Digər xəbərlər
loading...