Tükriyə prezidenti Rəcəp Tayyip Ərdoğanın mətbuat xidməti Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə bu ilin oktyabrın 27-də İstanbulda zirvə toplantısının gerçəkləşdiriləcəyini açıqlayıb
Prezidentin mətbuat katibi İbrahim Qalın “toplantıda mövcud vəziyyət, İdlib sazişi və digər siyasi proseslərlə birlikdə Suriya münaqişəsinin bütün yönləriylə ələ alınacağını və ortaq səylərin uğyunlaşdırlması ilə bağlı müzakirələrin keçiriləcəyini” söyləyib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dünən Kremlə yaxın düşüncə quruluşlarından “Valday” klubunun Soçidə keçirilən konfransdakı çıxışında Türkiyəyə “Suriyada İdlib məsələsi ilə bağlı anlaşmaya və birlikdə atılan addımlara” görə təşəkkür etmişdi. Putin “türk tərəfdaşlarımız İdlibdə hərbi hospital da tikiblər.Türkiyə terrorizmlə sərt və effektiv şəkildə mücadilə etməkdədir. Ankara üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir”, - deyə cümlələr sərf etmişdi.(musavat.com)
MilliYol.Az