Bakı şəhər Baş Polis İdarəsinin “Polis” qəzetinin redaktoru Qalib Rəhimov işdən çıxarılıb
Bu haqda ilk məlumatı “Report” İA yayıb.
Məlumatda deyilir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Q.Rəhimov yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.
Nazirin digər əmri ilə BŞBPİ-nin “Polis” qəzetinin redaktoru vəzifəsinə Elşad Hacıyev təyin edilib.
E.Hacıyev bu təyinata qədər BŞBPİ-nin “Polis” qəzetinin əməkdaşı olub.
MilliYol.Az
Digər xəbərlər
loading...