Hacıqabul rayonunda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə Bakı-Qazax avtomobil yolunun 130-cı kilometrliyində, rayonun Muğan qəsəbəsində qeydə alınıb.
Belə ki, “Mercedes”markalı avtomobil yolu keçmək istəyən rayonun Udulu qəsəbə sakini, 1950-ci il təvəllüdlü Ağacəfər Dənyar oğlu Səfərovu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
A.Səfərovun Hacıqabul rayon Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin əməkdaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır/Report.
MilliYol.Az
Digər xəbərlər
loading...