Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən Eldar Əzizov quruma daxil olan idarələrdən birinin fəaliyyətini dayandırıb
Eldar Əzizov Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındakı, sahibsiz heyvanlarla mübarizəyə cavabdeh olan Sanitariya və Texniki təmizlik İdarəsinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı göstəriş verib.
Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən idarədə təmir-tikinti işləri aparılır. Yeni layihədə heyvanlar üçün müasir sığınacaqların salınması və müasir mərkəzin qurulması nəzərdə tutulur. Bu səbəbdən də sahibsiz küçə heyvanları ilə müraciətlərə baxılmır.
Qeyd edək ki, sözügedən xəbəri Bakı Şəhər İcra Hakimiyyətindən Unikal.org-a təsdiqləyiblər.(Unikal.org)
MilliYol.Az