"Windows" əməliyyat sisteminin idarəetməsi altında işləyən kompüterlərin istifadəçiləri yeniləməni quraşdırmaq cəhdindən sonra yaranmış kritik nasazlıqdan şikayət ediblər
Bu haqda "Inquirer" nəşri məlumat verib.
"KB4464330" nömrəli versiya "Mənim sənədlərim" qovluğundakı faylların silinməsinə səbəb olan problemi aradan qaldırmalı idi, ancaq daha çox ciddi nasazlıqlara gətirib çıxarıb.
Məsələn, yeniləməni quraşdırdıqdan sonra kompüter yenidən yüklənir və "aradan qaldırıla bilməyən səhv" haqda mesajdan ibarət "Mavi ekran" (BSOD) göstərilir. Nəşrin məlumatına görə, şikayətlərin əksəriyyəti "Hewlett-Packard" noutbuku işlədən istifadəçilərdən daxil olub, həmçinin digər qurğu sahiblərindən də müraciətlər olub.
Texniki dəstək forumunda müzakirə zamanı belə qərara alınıb ki, "HP" şirkətinin öncədən quraşdırılmış proqram təminatının tərkibinə daxil olan "HpqKbFiltr.sys" faylı bu problemi yaradır. Bəzi istifadəçilər bu faylın yerini dəyişdirmək və ya adını dəyişdirməklə "göy ekran" problemini aradan qaldırmağa müvəffəq olublar.(Milli.Az)
MilliYol.Az