Dövlət İmtahan Mərkəzi 2019-cu ildə buraxılış imtahanlarında tətbiq ediləcək yeniliklə bağlı nümunələr təqdim edib
DİM-in mətbuat xidmətindən bildiriblər ki, 2019-cu ildə keçiriləcək ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında şagirdlərin xarici dil fənni üzrə “dinləyib-anlama” bacarıqları da yoxlanılacaq.
Xarici dil fənn kurikulumuna əsasən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsində "Dinləyib-anlama" məzmun xətti üzrə müraciətlər zamanı sadə sualları cavablandırmaq, müraciətlərə uyğun tapşırıqları ardıcıl icra etmək, dinlənilən mətndəki fakt və hadisələri qruplaşdırmaq, ümumiləşdirmələr aparmaq bacarıqları nəzərdə tutulur. Təqdim edilən dinləmə mətnlərinə aid tapşırıqlarda bu bacarıqlar yoxlanılacaq. Mətni kompüterə yükləmək üçün “mausun” sol düyməsini lazım olan fənnin üzərində sıxmaq kifayətdir.
Qeyd edək ki, 10 gün müddətində dərc ediləcək "Abituriyent" jurnalının xüsusi buraxılışında burada yerləşdirilən audio mətnlərə aid tapşırıqları veriləcək.
MilliYol.Az