ABŞ hərbçilərinin 46%-i gələn il genişmiqyaslı müharibəyə cəlb ediləcəklərinə inandıqlarını bildiriblər
Bu nəticə “Militari Tayms” qəzetinin hərbçilər arasında keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sayt bu göstəricinin keçən illə müqayisədə həddən artıq böyük olduğunu bildirib. Belə ki, keçən il ABŞ hərbçilərinin yalnız 5%-i müharibəyə inandığını açıqlamışdı.
Hərbçilərin 71%-i əsas müharibənin Rusiya ilə aparılacağını bildirib. Ondan sonrakı yerdə 69%-lə Çin yer alıb.
Hərbçilər həmçinin ABŞ-ın milli təhlükəsizliyi üçün əsas təhdid kimi kiberterrorçuluğu (89%) gördüklərini deyiblər. Onların fikrincə, ABŞ ordusu bu hücumların qarşısını almaq üçün çox pis hazırlanıb.(axar.az)
MilliYol.Az
Digər xəbərlər
loading...