“Le Figaro” tezliklə Səudiyyə Ərəbistanında yeni vəliəhdin təyin ediləcəyini iddia edib
Strateq.az xəbər verir ki, diplomatik mənbələrə istinad edən Fransa nəşri şahzadə Məhəmməd bin Salmanın kənarlaşdırılacağını və onun yerini hazırda ABŞ-da səfir olan Xalid bin Salmanın tutacağını qeyd edib.
“Le Figaro” taxt-tac varisliyində keçidin rəvan axarla baş verəcəyinə diqqət çəkdirib.
Nəşrin yazdığına görə, vəliəhdin yenilənməsi Camal Xaşuqcinin iddia olunan qətli ilə bağlıdır.
Xatırladaq ki, “New York Times” da Səudiyyənin ABŞ-dakı səfiri şahzadə Xalid bin Salmanın hazırda Riyadda olduğu barədə məlumat verib. Ərəbistan elçisi 3 gün əvvəl vətəninə dönüb.
MilliYol.az
Digər xəbərlər
loading...