Yaxın Şərq mütəxəssisi: "Səud ailəsindən yüzlərlə şəxs aradan götürülüb. Camal Qaşıqçı cinayəti, ailədəki güc mübarizəsinin bir parçası olaraq görülməlidir"
Fələstin əsilli Yaxın Şərq mütəxəssisi Məhəmməd Meşariga, mövcud vəziyyət davam etdiyi təqdirdə vəliəhd şahzadə Məhəmməd Bin Salman Səudiyyə Ərəbistanını böləcəyini deyib.
Vəliəhd şahzadənin 1927-də qurulan Səudiyyə Kralığına aid bütün dinamikləri dağıtdığını qeyd edən Meşariga, "Bin Salmanın etdiyi icraatlar xalqı qorxu və narahatlığa sövq edir. Ölkə ciddi bir qeyri-müəyyənliyə sürükləndi. Səud ailəsindən yüzlərlə şəxs aradan götürülüb. Camal Qaşıqçı cinayəti, ailədəki güc mübarizəsinin bir parçası olaraq görülməlidir. Salman, Səudiyyə dövlətinin əsaslarını dağıdır. Bunu edərkən də ətraf ölkələrdə mövcud olan qeyri-sabitliyi əsas göstərib, xarici amillərdən dəstək alır" deyib.
Meşariga, hazırda Səudiyyə Ərəbistanı tarixinin ən böyük parçalanma təhlükəsilə qarşı-qarşıyadır: “Buna xanədanlıq daxili hesablaşma da daxil ediləndə mənzərə çox daha mürəkkəb hal alır. Qaşıqçı, bin Salman əleyhinə cəbhənin ən həlledici simalarından biri idi. Cinayət göründükcə çox daha heyrətləndirici hadisələrə şahid olacağıq. Bin Salmanın həmlələri dəf olunmazsa yeni cinayətlər və qətllər görə bilərik".
MilliYol.az