DSMF rayon şöbələrinin ləğvi və onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturlarına verilməsi prosesi artıq həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nizamnaməsinə görə, yeli sosial mərkəzlər DSMF şöbələrinə birləşdiriləcək və hər iki idarə müdirinin razılığı əsasında rəəhbər təyinatı olacaq.
Əslində məqsəd işlək, dünya standartlarına uyğun bir qurum yaratmaqdır. Amma qurumun bir çox korrupsioner işçiləri yenə də öz ampulasındadır. Belə bir məmurlardan biri də Xətai rayon DSMF şöbəsinin müdiri Elçin Məmmədovdur. Bu həmin Elçin Məmmədovdur saxtakar əməlləri ilə adı daim medianın gündəmindən çıxmır.
Birləşmiş idarələrin müdirləri vəzifəsi Elçin Məmmədova verilib. Şöbə müdirinin uzun müddətdən bəri arzularından birinin məhz ünvanlı sosial yardımlara nəzarət etməsi olduğu bildirilir. Bir neçə dəfə Xətai ƏSMM müdiri vəzifəsinə transfer olmaq istəyən şöbə müdirinin arzuları boğzında qalmışıdı. Lakin indi taleh "şahlıq quşunu" onun başına gətirib qoydu desək, yanılmarıq.
Məlumata görə, bütün gücü ilə birləşmiş idarənin müdiri vəzifəsinə sahib olmağa çalışan Elçin Məmmədov sonda istəyinə nail olub. Ona bu işdə DSMF-nin aparat rəhbəri Şahin Quliyevin köməklik göstərdiyi deyilir. Hətta bir çox qaranlıq maxinasiyalarda şöbə müdirinə himayədarın məhz aparat rəhbəri olduğu iddia edilir.
Uzun müddətdir Xətai DSMF-də vətəndaşların get-gələ salınması, müxtəlif problemlər yaradılaraq onların rüşvətə sövq edilməsi ilə bağlı mətbuatda xeyli şikayətlər, yazılar dərc olunub. Xətai DSMF-də yüzlərlə vətəndaşa saxta təqaüd düzəldilməsi və müxtəlif saxtakarlıqlar edilməsi ilə bağlı məlumatlar dərc olunsada, şöbə müdiri bu işlərdən sonda "quru" çıxıb. Görünür hansısa qaranlıq qüvvə Elçin Məmmədovu yaxşıca himayə edir. Bu himayədarın isə Şahin Quliyev olduğu iddia edilir. Bildirək ki, bir il öncə ölkə mediasında Elçin Məmmədovun külli miqdarda rüşvət üstündə hüquq-mühafizə orqanlarına "ilişməsi" barədə məlumatlar dərc edilmişdi. Həmin məlumatlarda qeyd edilirdi ki, şöbə müdiri Xətai DSMF-nin Pensiya Təyinatı Sektorunun sektor müdiri Nərgiz Zeynalova ilə əlbir olaraq rüşvət qarşılığında çoxlu sayda vətəndaş üçün saxta sənədlər düzəldirmişlər. Məhz vətəndaşlaırn birinin şikayəti əsasında Elçin Məmmədovla Nərgiz Zeynalov hüququ-muhafizə orqanları tərəfindən həbs edilib. Amma hansısa bilinməyən səbələrdən şöbə müdiri ilə sektor müdiri buraxılıblar. Həmin vaxt mediada yazılanlara görə, şöbə müdiri ilə sektor müdiri vəziyyətdən çıxamaq üçün külli miqdrada rüşvət verərək canlarını zorla qurtarıblar. Ondan sonra Nərgiz Zeynalova başqa bir rayona tranfer olunsada, Elçin Məmmədov öz yerində qalmaqda davam edir.
Elçin Məmmədov etdiyi bütün saxtakarlıqlara görə DSMF-nin aparat rəhbəri Şahin Quliyevə yaxşı "hesab" verir. Məhz Şahin Quliyevin yaxın qohumlarından bir neçə bu şöbədə işləyir. Xətai DSMF-nin şöbə müdiri isə saxtakarlıqları məhz Aparat rəhbərinin Firdovsi adlı qohumu ilə etməsi barədə söz-söhbətlər gəzir. İndi isə Sosial mərkəz və DSMF şöbələrinin birləşmiş müdirinin Elçin Məmmədov olması onun əl-qolunu daha da açır. Çünki vətəndaşlara verilən ünvanlı sosial yardımın hansı şərtlərlə verildiyi uzun müddətdir ölkə gündəmini zəbt edib. Məhz Elçin Məmmədov kimi məurlar bu şərtləri daha mükəmməl bilirlər. Buna görə də yaxın vaxtlarda Xətai rayonunda ünvanlı sosial yardım alanlar yeni Elçin müəllimin "şərtlər" ilə yaxındna tanış olacaqlar.
DSMF-nin Xətai rayon şöbəsində baş verən qanunsuzluqlarla bağlı araşdırmalarımız davam edir və yaxın günlərdə oxucularımıza Elçin Məmmədovun Şahin Quliyevin yaxın qohumu ilə hansı işlər çevirdiyini oxucullarımıza təqdim edəcəyik.
xalqxeber.az
Digər xəbərlər
loading...