"Konsertə hazırlaşıram. Ən az 1 saat yarım səhnədə olacam. Bu dəfə daha maraqlı "Stand-up" edəcəm. Dekabra çatmasam, yanvarda keçirəcəyəm"
Bu sözləri Axşam.az-a açıqlamasında yumor ustası Fərda Xudaverdiyev deyib. Aktyor ondan sonra stand-up edən həmkarlarından danışıb:
"İlk dəfə Azərbaycana bunu mən gətirmişəm. Həmin vaxt dedim ki, bunu edirəm, Azərbaycanda inkişaf etsin. Sevinirəm ki, məndən sonra stand-up etməyə başlanılıb. Sevinirəm onların işlərinə, bəlkə bundan sonra rəqabət ola".
Bir müddət əvvəl boşanma xəbəri ilə gündəmə gələn Fərda bu haqda danışmaq istəməyib. O, övladları ilə tez-tez görüşdüyünü söyləyib. Fərda yenidən evlənib-evlənməyəcəyi ilə bağlı suala isə belə cavab verib:
"Yenə də bu haqda çox danışmayacam. Allah hamını xoşbəxt etsin. Övladlarımla tez-tez görüşürəm. Hələ ki, yenidən evlənmək haqda fikirləşmirəm. Ola da bilər, olmaya da...".
MilliYol.Az