ABŞ-ın dövlət katibi Maykl Pompeo Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra itkin düşən jurnalist Camal Qaşıqçının məsələsini araşdırmaq üçün Türkiyəyə gəlib
M.Pompeo Ankaranın Esenboğa hava limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Görüş zamanı C.Qaşqçı ilə bağlı məsələ müzakirə olunur.
Qeyd edək ki, M.Pompeo oktyabrın 16-da Səudiyyə Ərəbistanında səfərdə olub, əl-Riyadda Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səudla və vəliəhd şahzadə, baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudla görüşüb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı vətəndaşı, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçı oktyabrın 2-də Krallığın İstanbuldakı Baş Konsulluğunun binasına daxil olduqdan sonra itkin düşüb.(Report)
MilliYol.Az