17 oktyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyində “Serbiya-2018” beynəlxalq təlimində fərqlənmiş bir qrup FHN əməkdaşının təltif olunması mərasimi keçirilibdir
Təltifləri təlim iştirakçılarına təqdim edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev onları təbrik edərək xidmətdə uğurlar arzulamışdır.
Xatırladaq ki, 7-11 oktyabr 2018-ci il tairixində Serbiya Respublikasında Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Avro-Atlantik Fəlakətlərin İdarəolunması Mərkəzi və Serbiya Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə fəlakətlərin nəticələrinin idarə olunması sahəsində “Serbiya-2018” təlimi keçirilmişdir. Təlimdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsi uğurla iştirak etmişdir.
MilliYol.Az