21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Norveçlə 1:1 hesablı heç-heçə edib
Qarşılaşmadan sonra millimizin futbolçuları Fəhmin Muradbəyli və Qismət Alıyev AFFA-nın rəsmi saytına açıqlama verib:
Fəhmin Muradbəyli: "Çox çətin oyun oldu. Hər iki komanda yaxşı mübarizə apardı. Çətin səfərdə məqsədimiz 3 xal qazanmaq idi. Oyunumuz istədiyimiz kimi gedirdi. Rəqibini əks-hücumda yaxalayıb penalti vurmaq imkanı qazandıq. Qol vurduğum üçün sevinirəm. Bu seçmə mərhələdə sonuncu oyunumuz idi. Yaxşı nəticə ilə seçmə mərhələni başa vurmaq istəyirdik".
Qismət Alıyev: "Oyuna yaxşı hazırlaşmışdıq. Rəqibin oyununu izləyib zəif və güclü tərəflərini təhlil etmişdik. Bu oyuna tam hazır gəlmişdik. İlk dəqiqələrdən qol vuraraq hesabda irəli çıxdıq. Oyunun sonlarına yaxın öz səhvimizdən qapımızdan qol buraxdıq. Düşünürəm ki, çox yaxşı, əzmkar mübarizə apardıq. Seçmə mərhələdə sonuncu oyunum idi. Bundan sonra əsas məqsədim milli komandaya dəvət almaqdır".
MilliYol.Az