Bakının Səbail rayonu, Badamdar qəsəbəsində baş verən sürüşmə Teleqülləyə təsir edə bilməz
Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspedisiya rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, sürüşmə ərazisindəki vəziyyət tam nəzarət altındadır: "Biz həmin ərazini mütəmadi izləyirik. Əraziyə mayaklar qoyulub. Teleqüllənin özü təxminən 20 metrdən çox olan əhəng daşının üzərində inşa olunub, möhkəm əsaslar üzərindədir. Teleqüllənin inşa edildiyi yer düzgün seçilib. Ona görə də, bu sürüşmələrin Teleqüllə üçün heç bir təhlükəsi yoxdur. Həmin ərazidə də hazırda təhlükə yoxdur".
MilliYol.Az
Digər xəbərlər
loading...