Almaniyanın məşhur avtomobil istehsalçısı - "Audi” şirkəti dizel yanacağı ilə işləyən avtomobillərində zərərli tullantılarla bağlı göstəriciləri təhrif etdiyi üçün 800 mln. avro cərimə ödəməli olacaq
Bu barədə “Audi”nin daxil olduğu “Volkswagen” qrupu məlumat yayıb.
Qrupun internet səhifəsində yerləşdirilmiş bəyanatda qeyd olunur ki, ”Audi”nin istehsal etdiyi V6 və V8 dizel mühərriklərində və avtomobillərdə dair mövcud ekoloji tələblərə əməl olunmayıb. Odur ki, Münhen şəhər prokuroru şirkətin 800 miln. avro cərimə olunması barədə inzibati əmr verib. “Audi" bu cəriməni qəbul edib.
Bəyanatda həmin cərimənin şirkətin maliyyə vəziyyətinə təsir edəcəyi də bildirilir.(Report)
MilliYol.Az
Digər xəbərlər
loading...