“Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Beyləqan şöbəsinin müdiri İbrahim Şirinovun özbaşınalığı faciəyə səbəb ola bilər.
Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsi müdirinin müavini Şirin Şirinova və Balababa Rzyevə arxalanan İbrahim Şirinov qanunları ayaq altına atır
Ötən həftə Beyləqan rayonunda yüksək gərginlikli elektrik xəttinin orta məktəb həyətindən keçdiyini və buna görə vətəndaşların narahat olduğunu bildirmişdik. Yüksək gərginlikli elektrik xəttinin orta məktəbin həyətindən keçməsinin səbəbini isə “Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Beyləqan şöbəsinin müdiri İbrahim Şirinovun şəxsi maraqlarından baş verdiyini də qeyd etmişik.
AzFakt.com-a Beyləqan rayon sakini Sadıqova Nazilə Baxşeyiş qızı tərəfindən edilən şikayət məktubunda da məhz bu problemdən söhbət açmışdıq. Rayon sakini Nazilə Sadıqova bildirirdi ki, ona məxsus kiçik mağazanın üstündən yüksək gərginlikli elektrik xətti keçdiyi üçün, obyekti təhlükə ilə üz-üzədir. Dəfələrlə “Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Beyləqan şöbəsinin müdiri İbrahim Şirinova müraciət etsə də, şöbə müdiri məsələyə göz yumub.
AzFakt.com-a müraciət edən bir qrup Beyləqan şəhəri sakini isə saytımız vasitəsi ilə ölkə prezidenti İlham Əlyevdən kömək istəyirlər. Sakinlər yüksək gərginlikli elektrik xəttinin Namiq Allahverdiyev adına Beyləqan şəhər 1 saylı orta məktəbin həyətindən keçməsini onların övladları üçün tühlükəli olduğunu bildirirlər.
Müraciətdə deyilir ki, bu problemlə bağlı dəfələrlə “Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Beyləqan şöbəsinin müdiri İbrahim Şirinova müraciətlər olunsa da problemin aradan qaldırılması üçün heç bir tədbir görülməyib.
Şikayətçilərin sözlərinə görə İbrahim Şirinov ərazidə tikilən bütün obyekt sahiblərindən rüşvət aldığı üçün elektrik xəttini yalnız orta məktəbin həyətindən keçirmək qərarına gəlib. Bildirək ki, 1 saylı şəhər orta məktəbinin həyətindən yüksək gərginlikli elektrik xəttinin keçməsi ilə bağlı dəfələrlə “Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Beyləqan şöbəsinin müdiri İbrahim Şirinovun münasibətini örgənməyə çalışsaq da şöbə müdiri məsələyə münasibət bildirməkdən yayındı.
AzFakt.com-a daxil olan məlumata görə İbrahim Şirinov hər yerdə hazırki "Azərenerji" prezidenti Baba Rzayevin ən yaxın adamı olduğunu və ona görə də "toxunulmaz" məmurlardan biri olduğunu deyir. Saytımıza daxil olan məlumatda bildirilir ki, İbrahim Şirinov yaxın günlərdə Baba Rzayev tərəfindən “Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi təyin ediləcəyini açıq şəkildə hər kəsə deyir.
Xatırladaq ki, qanunları ayaq altına alan “Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Beyləqan şöbəsinin müdiri İbrahim Şirinovun, digər himayədarı Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsi müdirinin müavini işləyən əmisi Şirin Şirinovdu. Məhz Şirin Şirinov vasitəsi ilə Baba Rzayevə belə meydan oxuyan İbrahim Şirinov Beyləqan Enerji Təchizatı və Satışı İdarəsində müxtəlif maxinasiyalar həyata keçirtməklə məşğuldur.
Növbəti yazımızda Beyləqan şəhəri və kəndlərində İbrahim Şirinovun "komandası"nın dövləti necə aldatmasından söhbət açacağıq.