“Azərbaycanda 60 min müharibə veteran var. Vaxtilə haqqı olan insanlar kənarda qalıb, haqqı olmayanlar veteran vəsiqəsi alıblar, haqqı olanların haqqını mənimsəyiblər”
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
“Qeyd etdiyim rəqəm sırf birinci Qarabağ müharibəsi ilə bağlı olanlardır. Bu, kifayət qədər böyük rəqəmdir. Hazırda veteran vəsiqələrinin verilməsi qanunvericiklə tənzimlənir”, – deputat əlavə edib.
S.Novruzov şəhid ailələrinə verilən müavinət məsələsinə də toxunub. O deyib ki, bəzən vəsaitin alınması ilə bağlı ailə üzvləri arasında fikir ayrılığı olur: “Valideyn deyir ki, şəhid olan mənim övladımdır, vəsait mənə verilməlidir. Həyat yoldaşı da vəsaiti özü istəyir. Qanunvericiliyə görə, vəsait şəhidin ailə üzvünə ödənilməlidir. Bu məsələ qanunvericiliklə tənzimlənsə də, müəyyən problemlər qalmaqdadır”.(Report)
MilliYol.Az