Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Badamdardakı sürüşmə ərazisindəki ev və obyektlərin nə zaman tikilməsi məsələsinə aydınlıq gətirib
BŞİH-dan “Report”a bildirilib ki, Badamdar qəsəbəsi, Badamdar şossesindəki kəskin dağ yamacında baş vermiş sürüşmə zonasinda yerləşən mövcud tikililər əsas etibarı ilə keçən əsrin 90-cı illərində tikilmiş fərdi yaşayış evləridir.
Məlumata görə, bu tikililər inşası başa çatandan sonra vətəndaşlar tərəfindən rəsmiləşdirilib: “Lakin yamacdakı tikililərin sahibləri və bu tikililəri rəsmiləşdirən şəxslər mövcud ladşafı nəzərə almalı idilər. Bu da onların üzərindən məsuliyyəti kənarlaşdırmır.
Məlumat üçün bildiririk ki, Badamdar sürüşmə zonasinda əksəriyyətində yaşayış olmayan 11 fərdi yaşayış evi vardır. Burada yaşayan sakinlər köçürülüb və ərazidəki 2 obyektin fəaliyyəti dayandırılıb”.
MilliYol.Az