Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Ramil Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tədbiq edilib və ona şərti cəza verilib. Ramil Səmədov məhkəmə zalından azadlığa çıxıb.
İttihama görə, R.Səmədov “Kartaş” MMC-də satış meneceri işləyərkən 300 min manatdan artıq pulu mənimsəyib. Şirkət rəhbərinin hüquq-mühafizə orqanları əməkdaşlarına şikayəti əsasında R.Səmədov həbs edilib.
R.Səmədov “Kartaş” MMC-yə dəymiş ziyanı ödəyib və şirkətlə barışıq əldə edib.(Trend)
MilliYol.Az