Futbolçu Arda Turan onu həyat yoldaşına sataşmaqda ittiham edən müğənni Berkay Şahindən görünməmiş təzminat tələb edəcək
Arda yaxınlarına məsələ ilə bağlı bunları söyləyib:
"Mənə atdıqları təcavüz böhtanı ucbatından Berkay və xanımına Türkiyə Cümhuriyyəti hüquq tarixində görülməmiş böyüklükdə bir təzminat tələbi irəli sürəcəyəm. Heç bir xərcdən çəkinməyəcəyəm. Həqiqətlər ortaya çıxacaq. Bu işdən əsla imtina etməyəcəm".
Hadisə gecəsi Ardanın yanında olan trabzonsporlu Burak Yılmazın da ifadəsi də ortaya çıxıb. Yılmaz "Arda o gecə mənim yanında idi. Təcavüz olsa, mütləq görərdim", - deyə bildirib.
Xatırladaq ki, futbolçu Arda Turan "Gizli Kalsın" adlı məkanda müğənni Berkayın burnunu sındırıb. İddialara görə, məşhurlar arasındakı mübahisə futbolçunun müğənninin xanımına sataşması üstündə düşüb.(publika.az)
MilliYol.Az