Onların 58,5 faizi yaşa görə pensiya alırlar
Azərbaycanda pensiyaların orta aylıq məbləğində artım qeydə alınıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2018-ci ilin 1 oktyabr tarixinə ölkəmizdə pensiyaların orta aylıq məbləği 2017-ci ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 221,1 manata çatıb. O cümlədən, yaşa görə pensiyaların orta aylıq məbləği 9 faiz çoxalaraq 249,1 manat təşkil edib.
Cari ilin 9 ayında pensiyaların maliyyələşməsinə ötən ilin müvafiq dövrünə nisbətən 7,6 faiz (və ya 186,9 milyon manat) çox vəsait yönəldilib.
Məlumata görə, ölkəmizdə pensiya alanların sayı 1 milyon 309 min nəfərdir ki, bu da ölkə əhalisinin 13,2 faizini təşkil edir. Pensiyaçıların 58,5 faizi yaşa, 11,5 faizi ailə başçısını itirməyə, qalanları isə əlilliyə görə pensiya alanlardır.
MilliYol.Az