Stanislavaskov adına Yerevan Rus Dram Teatrı üçün bu mövsüm sonuncu ola bilər, çünki Ermənistan Mədəniyyət Nazirliyinin apardığı siyasət teatrın bağlanmasına hesablanıb
Bununla bağlı "İA REGNUM" nəşri yazıb.
Qeyd edilib ki, teatrın bədii rəhbəri vəzifəsinə namizədlərdən biri Ermənistanda tanınmış rejissor Suren Şaxverdyandır. O, müstəqil Ermənistanda belə teatrın mövcudluğunu absurd hesab edir.
Məqalədə deyilir ki, teatr hətta 90-cı illərin əvvəllərində kəskin anti-Rusiya isteriyası vaxtı belə bağlanmamışdı. Ancaq bu gün vəziyyət kökündən dəyişib. Aktyorların əksər hissəsi erməni dilini çox yaxşı bilir, erməni səhnələrində çıxış edir. Yəni rus teatrının bağlanması onların işsiz qalması mənasına gəlməyəcək.(oxu.az)
MilliYol.Az