Britaniyada "Kallum" qasırğası tüğyan edir
Qasırğa iki nəfərin ölümünə səbəb olub. Bir nəfər Qərbi Uelsdə torpaq sürüşməsində həlak olub, ikinci şəxsi isə İngiltərənin cənub sahilindəki Braytonda dalğalar dənizə aparıb.
Dünən "Kallum"un vurduğu bölgələrdə küləyin sürəti 113 km/saata çatıb. Bu gün səhər saatlarında qasırğa zəifləyib, amma leysan yağışları davam edib.
"Kallum"dan ən çox zərər çəkən bölgə Uelsdir.
Bristol şəhərinin beynəlxalq hava limanında Almaniyanın "TUİ Group" turizm operatorunun Boeing 757-200 sərnişin təyyarəsi eniş edərkən güclü külək səbəbindən qorxulu anlar yaşanıb. Pilot qəzaya yol verməmək üçün təyyarəni küləyə çəpəki istiqamətdə yerə endirməli olub.(Milli.Az)
MilliYol.Az
Digər xəbərlər
loading...