Münbiçin mühüm tayfa başçılarından Əbdülkərim El-Fahhel, Türkiyənin əməliyyat siqnalı verməsinin PKK/YPG terrorçularını qorxutduğunu deyib
Türkiyənin Münbiçe əməliyyat siqnalı verməsindən qorxuya düşən terrorçuların PKK/YPG-nın Münbiçdən çıxacağını anladığı üçün xalqdan bir illik vergi toplamağa başladığını qeyd edən tayfa lideri Əbdülkərim El-Fahhel, "Burada qala bilməyəcəklərinin fərqindədirlər. Çətin vəziyyətdə olan Münbiç xalqı Türkiyəni gözləyir" deyib.
Bölgə xalqının Türkiyəni gözlədiyini bildirən El-Fahhel, şəhəri birlikdə idarə etmək istədiklərini vurğulayıb. ABŞ-ın PKK-ya minlərlə TIR silah göndərməsi və ya təşkilatın tunellər qazmasının işə yaramadığını ifadə edən El-Fahhel, "Harada tunel var, nə qədər uzunluqdadır, hansı koordinatlardadır hamısını bilirik. Bunları Türk rəsmiləri ilə bölüşürük" deyə söyləyib.
AMERİKA UDUZACAQ
Tunellərin Münbiçin şimalında və qərbində yerləşdiyini, yəni Türkiyə sərhədinə doğru qazıldığını ifadə edən El-Fahhel, "Nə qədər tunel qazırlar qazsınlar, Afrin kimi Mübiçdən də təmizlənəcəklər. Afrin xalqı harada tunel olduğunu əsgərlərə göstərdi, eyni şey Münbiçdə də olacaq. Biz təkcə PKK-nın deyil, onunla birlikdə ABŞ-ın da qovulmasını istəyirik. ABŞ hər zaman yalan danışır və PKK-nı dəstəkləyir. Münbiçdə PKK ilə yanaşı, ABŞ da uduzacaq" deyib.(müxalifət.az)
MilliYol.Az