Nazir vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov 2016-cı il oktyabr ayının 29-da saat 10:00-da Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinlərini Gəncə Şəhər Baş Polis İdarəsində qəbul edəcək.
DİN-dən MilliYol.Az-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidir.
MilliYol.Az
Digər xəbərlər
loading...