Slovakiya yığmasının baş məşqçisi Yan Kozak istefa verib
Kozak Millətlər Liqasında Çexiyaya məğlubiyyətdən (1:2) sonra istefa verib. Federasiya onun istefasını qəbul edib.
Oktyabrın 16-da İsveçlə keçiriləcək yoldaşlıq görüşünə Slovakiyanı Kozakın köməkçisi Ştefan Tarkoviç çıxaracaq. Ukrayna ilə Millətlər Liqasında keçiriləcək oyuna isə Slovakiya yeni baş məşqçinin rəhbərliyi altında çıxacaq.
Kozak Slovakiya yığmasında 2013-cü ildən çalışırdı. Bu ölkənin yığması onun rəhbərliyi altında AÇ-2016-nın 1/8 finalına vəsiqə qazanmışdı.
Slovakiya Millətlər Liqasında keçirdiyi hər iki qarşılaşmada məğlub olub.(komanda.az)
MilliYol.Az
Digər xəbərlər
loading...