Qərb mətbuatı Rusiyada konstitusiyanın yenidən Kremlin sahibinin istəyinə uyğun dəyişdiriləcəyindən narahatdır
Rusiyada Vladimir Putinin hazırkı müddəti sonuncu olmalıdır. Bundan sonra onun iqtidarda qalmasına konstitusiya icazə vermir. Lakin Kremlin sahibinin istəyinə uyğun olaraq ölkənin əsas qanununun dəyişdirilməsi istiqamətində ilk addımlar atılıb.
Qərb mətbuatında artıq indidən məsələ ilə bağlı narahatlıq ifadə edən yazılar çıxmağa başlayıb.
İsveçrinin “Tages-Anzeiger” qəzetinin analitiki Yulian Hans Konstitusiya məhkəməsinin sədri Valeri Zorkinin konstitusiyanın yenidən gözdən keçirilməsi barədə çıxışına diqqət çəkib.
Xatırladaq ki, Zorkin həmin çıxışında liberal demokratiyanın öz dövrünü başa vurduğunu bəyan etmişdi.
“Vətəndaşlarımız ənənəvi dəyərlərimizin qlobalizasiyanın təsirlərindən qorunmasını istəyirlər”, - müəllif Zorkinin çıxşından sitat gətirib.
“Zorkin Rusiya vətəndşalarını həm də Avropa İnsan Haqları Məhkəmisindən də “qorumaq” istəyir. Onun təsəvvüründə azlıqların hüquqları çoxluğun razılıq verdiyi ölçülərdə olmalıdır”,- Y. Hans Valeri Zorkini tənqid edib.
İsveçrəli analitik Avropa məhkəməsinin Rusiya vətəndaşları arasında etibar edilən məhkəmə instansiyası olduğunu yazaraq, son illərdə Rusiyadan gələn minlərlə şikayəti buna nümunə olaraq göstərib.
Yulian Hasın diqqət çəkmək istədiyi əsas məqam Putinin konstitusiyanı yenidən dəyişdirərək əbədiyyən prezidentlik kürsüsündə əyləşmək niyyəti ilə bağlı olub. “Putinin 2008-ci ildə olduğu kimi Dmitri Medvedevlə vəzifə mübadiləsini aparmaq mümkün deyil. Lakin iqtidarın müddətinin 2024-cü ildə bitəcək olması Putin iqtidarını bundan sonra daha də zəiflədəcək. “Vahid Rusiya”nın son qubernator seçkilərində məğlubiyyəti və prezidentin reytinqinin sürətlə aşağı düşməsi bununla bağlı Kremldə qayğıları daha da artırıb. Elə bu səbəbdən siyasi icmalçılar Konstitusiya məhkəməsi sədrinin nitqini “yuxarılar”ın sifarişi ilə söylədiyini düşünürlər. Zorkinin həmişə vacib qərar və qanunların alınması öncəsində ortaya çıxması ilk dəfə baş vermir...”- Y.Hans yazır.
Müəllif, Rusiyada konstitusiyanın özünə olan “hörmət”in hansı səviyyədə olduğunu bu cümlələrlə göstərib:
“Burada konstitusiyaya həmişə ikili münasibət olub. Rusiya hər il dekabrın 12-də Konstitusiya gününü rəsmi olaraq qeyd etsə də bununla bağlı tədbirlər keçirilmir. İk il öncə isə məhz həmin gün bir qrup vətəndaş Moskvada, hökumət binasının önündə konstitusiyanın müddəalarını oxumağa başladıqları vaxt onları polislər zorla götürüb aparmışdılar”.(musavat.com)
MilliYol.Az