ABŞ-ın “The National İnterest” nəşri Rusiya və Amerika arasında mümkün müharibədə tətbiq olunacaq 10 öldürücü silahla bağlı material yayımlayıb. Siyahıda olan silahlardan birinin Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olması diqqət çəkir.
T-90 tankı
Nəşr bunun öldürücü silah olduğunu yazıb. Bu tanklar Rusiyanın zirehli maşınları sırasında “Armata” istisna olmaqla ən müasiridir. “Armata” hələ istehsal olunur və silah arsenalına daxil edilməyib. T-90 SSRİ-nin tankı olan T-72-nin müasirləşdirilmiş formasıdır. T-72 müasirləşdirilərək, T-80 ilə əvəz olundu. Lakin çeçen müharibəsində T-80-nin uğurlu olmadığı ortaya çıxdı. Bundan sonra Rusiya hərbi kompleksi T-90 tankının istehsalına başladı.
T-90 Qərbin “Bəbir-2”, yaxud M1A2 “Abrams” kimi tanklarına alternativ hesab olunur. T-90 aşkarlama və idarəetmə sisteminə malikdir. Həmçinin, güclü müdafiə sistemi var.
Nəşrin məlumatına görə, T-90 tankları Azərbaycan, Türkmənistan, Əlcəzair, Uqanda və Hindistan ordusunda da var. Hazırda Moskva T-90MS adı ilə tankın təkmilləşdirilmiş versiyasını təklif edir.(Publika.az)
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...