UEFA Millətlər Liqası turniri çərçivəsində oktyabrın 14-də, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Malta oyunu ərəfəsində millimizin müdafiəçisi Maksim Medvedev də mətbuat konfransında iştirak edib
MilliYol Trend-ə istinadən bildirir ki, müdafiəçi Malta ilə qarşılaşma daha əhəmiyyətli olacağını deyib:
"Uzaq səfərdən vacib qələbə ilə dönmüşük. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Sabah meydanda yaxşı oynayacağımıza və vacib xallar qazacağımıza inanıram. Əlbəttə, azarkeşlərin sayının çox olmasını istərdik və ümid edirik ki, Farer adaları ilə oyundakı qələbədən sonra tribunada bizi izləyənlərin sayında artım olacaq".
MilliYol.Az
Digər xəbərlər
loading...