Cənubi Qafqazda təhlükəsizlik və sabitlik çox vacib şərtdir. ABŞ Cənubi Qafqazda sabitliyin bərqərar olmasında və regionun inkişafında maraqlıdır
AZƏRTAC xəbər verir ki, bu sözləri Tbilisidə səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent prezidentliyə namizəd, Gürcüstanın sabiq xarici işlər naziri Qriqol Vaşadze ilə görüşdə söyləyib.
Prezidentliyə namizədin seçki qərargahından bildiriblər ki, görüşdə Gürcüstanda seçkiqabağı vəziyyət, ölkədəki ictimai-siyasi sabitlik diqqət mərkəzində olub. Corc Kent Qriqol Vaşadzenin seçkilərdə qələbə qazanacağı halda Gürcüstan-ABŞ münasibətlərinin inkişaf perspektivləri ilə maraqlanıb.
Gürcüstan tərəfi isə ABŞ-ın Cənubi Qafqaz regionu ilə bağlı siyasəti barədə maraqlanıb.
Görüşdə Gürcüstanın demoqrafik vəziyyəti və problemin həlli yolları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
MilliYol.Az