Beyləqan rayon təhsil şöbəsinin yeni təyin olunmuş müdiri Xuraman Rüstəmova oğluna “Lexus LX 570” markalı avtomobil almaq üçün 70 min dolları hardan tapıb?
Bu sualın cavabını Mikayıl Cabbarov və Vaqif Abdullayev verə bilərmi?
Azərbaycanda yüksək və orta səviyyəli məmurların dövlətin imkanları hesabına varlandığı, lüks həyat tərzi sürdüyü heç kimə sirr deyil. Ölkə prezidentinin xalqa xidmət etməyi dəfələrlə tapşırdığı məmurlar çox təəssüf ki, vəzifə başına keçən kimi bir tərəfdən büdcə vəsaitlərini talayır, bir tərəfdən isə rəhbərlikləri altında çalışan insanlardan zorla pul toplayır, iş yeri satır, rüşvət alır və yüz cür qanunsuz əməllərlə məşğul olaraq özlərinin həm yaşayış səviyyələrini rəb şeyxləri səviyyəsinə çatdırdıqları, eyni zamanda şəxsi bizneslərini dövlətdən talanan vəsaitlərlə çiçəkləndirdikləri heç kimə sirr deyil. Bu Azərbaycanın sosial-iqtisadi mənzərəsidir. Və bir daha vurğulayırıq ki, çox təəssüf ki, məmurlar ölkə prezidenti cənab İlham Əliyevin tapşırıq və xəbərdarlıqlarını məhəl qoymurlar və dövlət vəsaitlərini talamaqla faktiki olaraq ölkəinin sosial-iqtisadi inkişafına birbaşa mane olurlar. Prezidentin dəfələrlə xəbərdarlıq etməsinə, eyni zamanda bir çox iri çaplı məmurları sərt şəkildə cəzalandırmasına baxmayaraq, məmur özbaşınalığı və talanı davam edir…
Mətbuatın gündəmindən düşməyən məmurlardan biri də Beyləqan Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmovadır. Bu xanım cəmi 4 aydır ki, bu vəzifəyə təyinat almasına baxmayaraq, ölkə mətbuatında ən qalmaqallı məmurlardan birinə çevrilib. Bu xanımın adını sadəcə “GOOGLE”də yazmaq kifayət edir ki, əlaqədar qurumlar onun 6 aylıq məmur fəaliyyətini araşdırsınlar. Son olaraq isə Beyləqan Təhsil Şöbəsinin müdirəsi oğluna 100 min manatlıq avtomobil almaqla gündəmə gəlib. Sıravi insanlar sual edirlər ki, bir müddət əvvəl Beyləqan Təhsil Şöbəsinin müdir vəzifəsini almaq üçün rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevə 100 min manat verdiyini söyləyən bu xanım ən qısa müddətdə növbəti 100 min manatı hardan tapıb? Maraqlı sualdır və yəqin ki, bu sualın cavabı əlaqədar qurumları, o cümlədən təhsil naziri cənab Mikayıl Cabbarovu da düşündürməlidir.
Beyləqandan MilliYol.Az-a daxil olan məlumata görə, cəmi 4 ay əvvəl Təhsil Şöbəsinə müdir təyin olunan Xuraman Rüstəmova oğluna 100 min manata (70 min dollar) “Lexus LX 570” markalı avtomobili avtomobil alıb. Məlumatda bildirilir ki, hazırda 10 OC 099 dövlət nişanlı yeni model “Lexus LX 570” markalı avtomobili Xuraman Rüstəmovanın kiçik oğlu Tural Əliyev sürür. Daha doğrusu Xuraman xanımın kiçik oğlu ağır sosial şəraitdə yaşayan Beyləqan sakinlərinə “toz atır”. Onu da qeyd edək ki, 70 min dollarlıq avtomobilin 10 OC 099 seriyalı nömərəsinin də minimum qiyməti 7-8 min manatdır.
Məlumatda qeyd olunur ki, şöbə müdirinin oğlu Tural Əliyev Beyləqan rayonunda “Polisə Dəstək” İctimai Birliyində işləyir və maaşı cüzidir. Yəni Tural Əliyev yeməsə-içməsə və maaşını 10 il toplasa, o maşını almağa yetməz. Amma buna baxmayaraq Xuraman Rüstəmovanın oğlu hər gün 100 min manatlıq maaşla Beyləqanda avtoşluq edir. Bəzən onu böyük qardaşları da əvəz edirlər. Şöbə müdirinin 100 min manata “Lexsus” almasından cuşa gələn digər oğlanlar Elgün və Yasin Əliyevlər də gecə yarısı Beyləqan şəhərinin mərkəzi küçələrində əməlli-başlı avtomobil şousu yaradırlar. Məlumatda deyilir ki, Xuraman Rüstəmovanın digər oğlanları Elgün Əliyev Beyləqan rayon Məhkəməsində və digər oğlu Yasin Əliyev isə Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsində çalışırlar.
Bildirək ki, Xuraman Rüstəmova təhsil şöbəsinin müdiri vəzifəsinə 4 aydır təyin olunsa da, medianın gündəmindən düşmür. İndi isə şöbə müdirinin oğlanlarına 100 min manata “Lexsus LX 570” alması hər kəsi təcübləndirib. Çünki Xuraman xanımın maaşı 600 manat, oğlanlarının maaşı isə daha azıdır. Buna baxmayaraq, Xuraman xanımın ailəsi Beyləqanda “şah balası” kimi yaşayır. Bunu hər kəs də görür.
Görünür Beyləqan İcra başçısı Vaqif Abdullayevə arxalanan Xuraman Rüstəmova təhsil şöbəsinin çapıb-talamaqla məşğuldur. Aldığımız məlumata görə, şöbə müdiri 1 ay bundan öncə məktəb direktorlaırndan 1500-2000 manat arası vəsait yığdırıb ki, buda Beyləqan rayonu üzrə 52 məktəbdən təxminən 70 min manat edir.
Onu da qeyd edək ki, Xuraman Rüstəmovanın ailəsində daha 3 avtomobil var.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...