Bolqarıstanlı televiziya jurnalisti Viktoriya Marinovanın zorlanması və öldürülməsində şübhəli bilinən şəxs bir neçə günə Bolqarıstana təhvil veriləcək. Bunu Almaniya məhkəməsi oktyabrın 12-də bildirib
Almaniyanın Tselle ali regional məhkəməsinin bəyanatına görə, 20 yaşlı şübhəli dindirilmə zamanı deyib ki, qurbanı öldürmək fikri olmayıb, onu zorladığını da boynuna almayıb. “Saxlanmış şəxs məhkəmədə deyib ki, 2018-ci il oktyabrın 6-da qurbanla şifahi mübahisəsi olub”, – bəyanatda deyilir.
Məhkəmənin bildirməsinə görə, şübhəli alkoqol və narkotik maddələrin təsiri altında olduğunu, Marinovanı sifətindən vurduğunu, onun yerə yıxıldığını etiraf edib. O deyib ki, jurnalisti yerdən götürərək kolluğa atıb və hadisə yerini tərk edib.
Almaniya hakimiyyəti oktyabrın 9-da Bolqarıstan hakimiyyətinin xahişilə saxlanmış şübhəlinin adını açıqlamayıb. Amma Bolqarıstan tərəf onun Ruze şəhər sakini Severin Krasimirov olduğunu deyirlər. Onun oktyabrın 21-dək təhvil verilməsi gözlənir.
Marinova Bolqarıstanın TVN televiziyasında “Detektor” adlı tok-şouya aparıcılıq edirdi. Müstəntiqlər jurnalistin qətli ilə peşəsi arasında bağlılıq görmədiyini bildirib. Hakimiyyət jurnalistin başına dəyən zərbələrdən və boğulmadan ödlüyünü bəyan edib. Onu həm də zorlayıblar.
(Azadlıq radiosu)
MilliYol.Az