Birləşmiş Ştatlar Prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Con Bolton Azərbaycana gəlir
MilliYol.Az Strateq.az-a istinadən xəbər verir ki, bu barədə o, “Twitter” hesabında yazıb. “Oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəyəm. Həmkarlarım və digər yüksəkçinli rəsmilərlə görüşərək bir sıra təhlükəsizlik məsələləri üzrə Amerikanın maraqlarını təşviq edəcəyəm”, – Bolton yazıb.
John Bolton bu ilin martında Donald Trump-ın milli təhlükəsizlik müşaviri elan olunub.
George W. Bush-un administrasiyasında silahlara nəzarətə rəhbərlik edən Bolton 2003-cü ildə İraqa müdaxilənin hərəkətverici qüvvəsi olub. Bolton da Trump kimi ABŞ-ın İranla 2015-ci il nüvə sazişindən çıxmasına tərəfdar idi və Trump mayda həmin sazişdən çıxdığını elan elədi.
MilliYol.Az